IQNA

Çinin 400 məscidində kitabxana açıldı

14:52 - October 13, 2011
Xəbər sayı: 2204222
Beynəlxalq şöbə: Çinin şimal-qərbində Ningişiya muxtar vilayətində 400-dən çox məscidin kitabxanası açıldı.
İran Quran Xəbər Agentliyi (İQNA): arabic.china xəbər bürosunun məlumatına görə, bu kitabxanalar Ningişiya muxtar vilayətində yaşayan müsəlmanların elmi, mədəni səviyyədən inkişafı məqsədilə 400-dən çox məsciddə təsis edildi.
Müxtəlif mövzularda-mədəni, ictimai, incəsənət, hüquq və din mövzularında 50 min cilddən çox kitab Ningişiya muxtar vilayətinin məscidləri üçün alındı, yerli hökümət tərəfindən televizor və DVD də bu kitabxanalara verildi.
Qeyd olunmalıdır ki, Ningişiya muxtar vilayətində “Huy” qəbiləsindən 2 milyondan çox müsəlman yaşayır, bu vilayətin əhalisinin 1/3-ni təşkil edir. 878612
captcha