IQNA

Hind müsəlmanlarına Vəhhabiliyin təhlükəsi barədə xəbərdarlıq edildi

15:02 - October 20, 2011
Xəbər sayı: 2208457
Beynəlxalq şöbə: Hindistan şeyxləri və alimləri şurasının (AIUMB) baş katibi vəhhabiliyin təhlükəsi barədə xəbərdarlıq etdi və bu ölkənin müsəlmanlarından Vəhhabilərin ifrat təlimlərini rədd etmələrini istədi.

İran Quran Xəbər Agentliyi (İQNA): Hindistanın Taymez qəzetinin məlumatına əsasən, Seyyid Məhəmməd Əşrəf Keçuçavi bu şuranın bütün üzvləri qarşısında çıxış edərkən Hind müsəlmanlarının işlərində Ərəbistanın müdaxiləsinin məhdudlaşdırılmasını tələb etdi.
O əlavə etdi: Hindi müsəlmanları İslama ləkə gətirən və bu dinə zidd olan Vəhabiliyin ifrat ideologiyasını rədd etməlidir.
Kəçuçavi dedi: Hindistanın müstəqilliyindən sonra Vəhhabilər neftin satışından əldə etdiyi çoxlu pullarla geniş bir əhatə dairəsi qazanmışlar.
O çıxışının davamında dedi: Vəhhabilər indi müsəssisələrin, islam partiyalarının çoxuna nüfuz etmişlər və siyasi qüdrət əldə etməyə çalışmışlar. 883020
captcha