İran Quran Xəbər Agentliyi (İQNA): «salon-monde-musulman» xəbər bürosunun məlumatına əsasən, bu beynəlxalq qurultay “Həzrəti Muhəmməd (s) və dünya xalqı üçün rəhmət” adı altında Fransa islam təşkilatı birliyinin təşəbbüsü və dünya müsəlmanları nümayəndələrinin iştirakı ilə keçiriləcək və orada Peyğəmbəri-Əkrəmin (s) şəxsiyyəti və əxlaqı barədə xüsusi iclaslar da keçiriləcək.
Fransanın və digər Avropa, İslam ölkələrinin məşhur alimlərinin iştirakı ilə islam mövzularında filmin yayımı və islam kitabları sərgisi və müqəddəs məkanların şəkilləri, cavanlar və yeniyetmələr üçün Quran hifzi və qiraəti müsabiqələri, “Həzrəti Muhəmməd (s)” mövzusunda şeir müsabiqəsi qurultayın mühüm proqramlarından hesab edilir.
Qeyd olunmalıdır ki, bu dünya qurultayı dey ayının 2-4-də keçiriləcək, amma təşkilatçılar müsəlmanlar və qeyri-müsəlmanlar tərəfindən verilən təklifləri bu qurultayın zamanının dəyişilməsinin lazımlığı üçün əsas bildilər. Qərara aldılar ki, bir həftə daha tez keçirilsin. 882892