İran Quran Xəbər Agentliyi (İQNA): «saphirnews» xəbər bürosunun məlumatına əsasən, bu bəyannamənin bəzi hissəsində yazılmışdır: Tunis xalqı “Bin Əli” rejimi əleyhinə etirazlara başlamaqla məntəqə qiyamları üçün yol açmış oldular və hal-hazırda bu ölkədə ilk azad seçkilər keçirilməklə, yenidən başqa məntəqələr üçün nümunə rolunu oynayacaq.
Bu bəyannamənin davamında deyilir: İslam təşkilatları birliyi Tunis seçkilərində “Əl nəhze” islam partiyasına üstünlük verildiyini bildirir. Bu təşkilat Tunis xalqının hər bir şəraitdə öz birlik və həmrəyliyini qoruyub saxlayacağına inanır.
Qeyd olunmalıdır ki, Tunisin ilk azad seçkilərində şəhər xalqının 90%-dən çoxu iştirak etdi və ilk nəticələr göstərir ki, “Əl-nəhze” islam partiyası digər rəqiblərini qabaqlamışdır. 887569