IQNA

İmam Hüseyn (ə)-ın ərbəini ilə əlaqədar Konqoda mərasim keçiriləcək

16:43 - December 19, 2011
Xəbər sayı: 2241612
Siyasi və ictimai şöbə: İmam Hüseyn (ə)-ın ərbəin mərasimi dey ayının 24-ü İmam Hüseynin şəhadətinin 40-cı günü Konqo Respublikasında keçiriləcək.

İran Quran Xəbər Agentliyi (İQNA): Afrika xəbər bürosunun məlumatına əsasən, Camiətül-Mustafanın məzunu, mədəniyyət şöbəsinin katibi Şeyx İsa Əmbəki bu xəbəri çatdırmaqla dedi: Bu ölkənin şiələri ilk öncə Seyyidüş-şühədanın şəhadətinin 40-cı günü münasibətilə əzəmətli bir mərasim keçirəcəklər.
İsa Əmbəki Konqo şəhər sakinlərinin ərbəin günü ilə əlaqədar keçiriləcək mərasim haqda dedi: Bu ölkənin şiələri digər
dünya ölkələrinin şiələri kimi məhərrəmlik ayının matəmini saxlayır. Yerli xalqdan başqa, liviyalılar, pakistanlılar və s. də bu mərasimdə fəal iştirak edəcəklər.
Qeyd olunmalıdır ki, Konqo cəmiyyəti təxminən 80 milyon nəfərdən ibarətdir və Afrika qitəsində ikinci böyük ölkədir. Xoşbəxtlikdən bu ölkənin şiə əhalisinin sayı günü-gündən artmaqdadır. 916812
captcha