Beynəlxalq şöbə: Beyrut cümə xüttamı, Livanda Əllamə Fəzlullah müəssisəsinin rəhbəri Seyyid Əli Fəzlullah dey ayının 5-i silahlı şəxslərin Nigeriya kilsələrinə hücumu və əli silahsız, sadə xalqın öldürülməsi faktını çox kəskin pislədi.
İran Quran Xəbər Agentliyi (İQNA): «lorientlejour» xəbər bürosunun məlumatına əsasən, Livanda Əllamə Fəzlullah müəssisələrinin rəhbəri bu hücumlara rəyini bildirərək dedi: Bir çox terrorist birləşmələri islam adı ilə tənqid etmək lazım deyil.
O əlavə etdi: Nigeriya kilsələrinə ifratçıların hücumun müsəlman və islamla heç bir əlaqəsi yoxdur və bu addımların səbəbkarları, islam təlimlərinə qəti şəkildə hörmət etmirlər.
Əllamə Fəzlullahın oğlu dedi: Çox tez bir zamanda müsəlman və xristianlardan təşkil olunmuş beynəlxalq iclas keçirmək və belə bir addımları tədqiq və tənqid etmək lazımdır.
923818