IQNA

İmam Xamneyinin «اجوبةالاستفتائات» adlı kitabı Ruanda dilinə tərcümə olundu

15:35 - January 22, 2012
Xəbər sayı: 2260934
Siyasi və ictimai şöbə: İmam Xamneyinin «اجوبة الاستفتائات» kitabının ibadətlər hissəsi Ruanda dilinə tərcümə olunub və cari ilin sonuna kimi İran İslam Respublikasında nəşr olunacaq.
İran Quran Xəbər Agentliyi (İQNA): Afrika şöbəsinin məlumatına əsasən, bu kitab İran İslam inqilabının Ruandadakı ardıcılları Camiətül-Mustafnın (s) Afrikalı tələbəsi Hüseyn Şəhidi Hitimananın vasitəsilə ruanda dilində tərcümə olunub və Camiətül-Mustafanın (s) Əl-Mustafa nəşriyyatı və beynəlxalq tərcümə mərkəzinin nəzarəti altında çap olunacaq.
İbadətlər şöbəsinin tərcüməsi namaz, oruc, xums, zəkat, həcc, səfər əhkamları, halal və haram musiqi ilə bağlı hökmlər, alış-veriş, hədiyyə, sığorta və s. məsələlərdən ibarətdir.
Bu əsərdə mövcud olan suallara rəhbər tərəfindən cavablar verilərək 354 səhifədə çap olunacaq. 938813
captcha