İran Quran Xəbər Agentliyi (İQNA): “sudaneseonline” xəbər bürosunun məlumatına əsasən, Sudanın alimlər heyəti bu bəyannamədə islam və Quran qanunlarını qəbul etdiyini bildirib.
Sudan alimləri həmçinin Sudanın siyasi partiyalarının hökümətdə və ölkə məsələlərində iştirak etməsinə və dövlətin yeknəsəklikdən kənarlaşmasına dəvət edərək etdi: islam birlikləri və sufi firqələri yaxşı və düzgün şəkildə bir-biri ilə dialoqa girsinlər və təqvanı ən üstün amil bilsinlər.
Həmçinin Sudan alimləri heyəti müsəlman ölkələrində islamın dirçəlişindən sonra ilk azad seçkilərdə islamçıların qələbəsini məntəqədə olan oyanışın əsas səbəbi hesab etdi və keçən ili “islam inqilabları” ili adlandırdı. 946726