İQNA xəbər agentliyinin “OİC-OCİ” saytına istinadən verdiyi xəbərə əsasən, İkmələddin Ehsanoğlu - İslam yoldaşlıq təşkilatının baş katibi, bu bəyaniyyədə sionist rejimin silahlılarının Ğəzzədə məzlum və müdafiəsiz Fələstin xalqınına qarşı davamlı hücumlarını müharibə cinayəti, insani hüquqlara zidd və beynəlmiləl hüquqların pozulması kimi dəyərləndirib və məhkum edib.
Bu hücumlarda məzlum Fələstin xalqından 12 nəfər şəhid və 20 nəfərdən çoxu bədən xəsarəti alıb.
O deyib: Bu cinayətlərin davam etməsi regionda əmniyyətin pozulması və iğtişaşların yaranmasına səbəb olcaq və bu cür hərəkətlər insan haqlarının və beynəlmiləl qanunların aşkar şəkildə pozilmasıdır.
İslam yoldaşlıq təşkilatının baş katibi təkid etdi ki, İsrail rejimi bütün bu cinayətlərin sonluğuna cavabdehdir. BMT-nin təhlükəsizlik şurası və Orta Şərqdə Sülh təşkilatı Fələstin xalqı qarşısında öz vəzifələrinə tam və doğru əməl etməli və tez bir zamanda İsrail rejiminin Ğəzzə sahillərinə hücumlarının qarşısını almalıdır.
970209