IQNA

Novruz bayramı günlərində İmam Rzanın (ə) hərəmində üç sərgi keçirildi

10:09 - March 25, 2012
Xəbər sayı: 2294451
İmam Rzanın (ə) hərəminin təbliğat və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Novruz bayramı günlərində İmam Rzanın (ə) hərəmində üç tematik sərginin keçirilməsini bildirdi.
Höccətül-islam Hüseyni bu haqda belə dedi: Uşaqlar, gənclər və yeni yetmələr üçün hazırlanmış bu sərgi hərəmin Came-rəzəvi həyətində tamaşaçılara təqdim olunur. Uşaqlar üçün hazırlanmış sərgidə nağıllar və hekayələr yerləşdirilmişdir
Gənclər üçün hazırlanmış sərgidə isə İmam Rzanın(ə) həyatı böyük lövhələr şəkilində təqdim olunur.Bundan əlavə sərgidə "İmama Rza(ə) ilə tanışlıq" , "Mədəni-maarif" , " Ziyarət qaydalrı" , Hərəmlə tanışlıq" və " Cənnət gülləri" bölmələri də yer almışdır.


972596
captcha