İQNA xəbər agentliyinin “Fələstin” xəbər televiziya kanalına istinadən verdiyi məlumata əsasən, vəhhabi alimi Muhəmməd Əl-Ərifi bəyanatında bildirib ki, bəli, öz çıxışım zamanı səhvə yol verərək bəzi ifadələr işlətmişəm ki, bu Məhəmməd(s) peyğəmbərə təhqir kimi qəbul edilmişdir. Bu səbəbdən Allah qarşısında tövbə edib hamıdan üzr istəyirəm. Bildirirəm ki, əhli-təsənnün Məhəmməd(s) peyğəmbərə hörmət bəsləyir və onun qədrini əziz tutmaqdadır.
Xatırladaq ki, bundan öncə şiə mərcələrinin Küveytdəki nümayəndəsi Ayətullah Seyid Muhəmməd Baqir Əl-Mehri, vəhhabi alimin çıxışını məhkum etmiş, ondan tövbə etməsini və müsəlmanlardan üzr istəməsini tələb etmişdir. 977476