İQNA xəbər agentliyinin Türkiyənin Zaman qəzetinə istinadən verdiyi xəbərə görə assosiasiya üzvlərinin Aprelin 2-də (bazar ertəsi) Finlandiyanın İslam Assosiasiyasının təsis olunduğunun 5-ci ildönümünə aid keçirilən iclasında təşkilatın üzvləri assosiasiyanın yeni başçısı olaraq Abdulla Dalkilici seçdilər.
Abdulla Dalkilic proqramdakı nitqində dedi: Finlandiyanın İslam Assosiasiyasının ölkənin İslam cəmiyyətlərinin və institutlarının arasında əlaqə yaratmaq məqsədilə 2006-cı ildən fəaliyyətə başlamışdır.
O dedi ki, assosiasiya Finlandiyanın hökuməti ilə kontaktda olan yeganə rəsmi Müsəlman təşkilatıdır.
Cənab Dalkilicə görə, assosiasiya 50000 Finlandiyalı müsəlmanı təmsil edir.
O dedi ki, assosiasiya Finlandiya Təhsil Nazirliyindən illik 60000 Avronu alır.
O əlavə etdi ki, bu pul müxtəlif dini dialoq və görüşlərin təşkil olunması üçün xərclənir.
977777