IQNA

Livanda həzrət Zəhraya (ə) əzadarlıq mərasimi keçirildi

17:54 - April 07, 2012
Xəbər sayı: 2299478
Siyasi-İctimai şöbə: Həzrət Zəhranın (ə) şəhadətinin ildönümü münasibəti ilə İran İslam respublikasının Livanda yerləşən səfirlik binasının toplantı zalında xüsusi mərasim keçirildi.
İQNA xəbər agentliyinin məlumatına əsasən, cümə axşamı təşkil olunan mərasimdə İranın Mədəniyyət Mərkəzinin rəisi Höccətül-İslam Seyid Muhəmmədhüseyn Rəiszadə də iştirak edirdi. Mərasimdə ilk olaraq Kumeyl duası oxundu. Daha sonar isə Camiətul-Mustəfanın nümayəndəsi və Rəsul Əkrəm (s) hövzəsinin rəisi həzrət Zəhranın (ə) fəzilət və müsibətləri barədə söhbət etdilər.
Mərasimin davamında iştirakçılar, əzadarlıq mərasimi təşkil edərək İslam Peyğəmbərinin (s) əziz qızı həzrət Zəhraya (ə) göz yaşı tökdülər. 979996
captcha