İQNA - nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) "CPİ" saytına istinadən verdiyi xəbərə görə Müqəddəs Qüds şəhərinin Alimlər və Təbliğatçılar komitəsi may ayının 9-da bəyaniyyə yayaraq elan edti: Fələstinli əsrilərin aclıq aksiyasından 3 həftə keçməsinə baxmayaraq sionist rejimin vəzifəliləri bu əsirlərin ən ilkin istəklərinə ki, onların tək kameralarda saxlanılmasına və mühakiməsiz həbslərə son qoymaqdır, etina etməyiblər.
Bəyaniyyədə deyilir: Bu istəklər qanuni və təbiidir. Fələstinli əsirlər bu istəklərinə çatmaq üçün aclıq aksiyası keçirdirlər. Onların çoxu mühakiməsiz və günahsız tutuqlanıblar.
İshaq Rabinin qatili o, həbsdə olarkən evləndi. Onun (qatilin) qardaşı və günah şərikləri neçə gün öncə azadlıqa çıxdılar. Amma Fələstinli əsirlər bu gümanla ki, sionist rejimi əleyhinə iş görə bilərlər əbədi həbsə məhkumdurlar.
1003667