İQNA -(İRAN QURAN XƏBƏR AGENTLİYİ):
Türkiyədə İslam meyilli partiyalar hakimiyyəti ələ aldıqdan sonra dini azlıqlara olan təzyiqlər azaldı. Bunun nəticəsində Tükiyənin Cəfəri Şiələri də 2006-cı il may ayının 14-də öz hüquqlarını əldə etmək üçün Cəfəi Şiələr birliyini yaratdılar. Sonda Türkiyədə yaşayan 3 milyon Cəfəri Şiəsinin yuxusu həqiqətə çevirildi. Bu birlik İstambulun Bağçılar Olmpiya salonunda 14 nəfərlə rəsmi işə başladılar.
Bu birlik öz fəaliyyətlərini genişləndirərək 2010-cu ildə Cəfəri Şiələr birliyinin tədqiqat mərkəzini İğdir universitetində təsis etdi.
Bu birlik (Cəfəri Şiələrinin təlim, tədqiq və tanıtım birliyi) öz əsasnaməsində elan edib ki, Qurani-Kərim və Əhli-Beyt (ə) bu birliyin əsas özülləridir. Birliyin hədəfi 14 Məsum (s) məktəbini davam etdirmək və Şiəçilik dəyərlərindən müdafiə etməkdir.
Qeyd edək ki, Türkiyədə laiklər qüdrətdə olan zaman şiələr həmişə təqib və təzyiqlərə məruz qalırdılar. Amma İslam təmayüllü hakimiyyətin qələbəsindən sonra Şiələr özlərini cəmiyyətdə mötədil və ağıllı insanlar kimi doğruldub, xalqın sevgisini qazanaraq öz müxaliflərini əqidələrini və şiə əleyhinə addımlarını senzur etməyə məcbur etdilər.
Səlahəddin Özgündür – Zeynəbiyyə Şiələr birliyinin rəhbəri, (dövlət tərəfindən Cəfəri Şiələrin rəisi), Zeynəbiyyə məscidinin fəaliyyətini də Avropa İslami Mərkəzlərinin ən böyüyü olaraq idarə edir, xalq arasında öz böyük nüfuzundan istifadə edərək Cümə namazlarında Tükiyə dövlətinin Suriya əleyhinə olan siyasətləri tənqid etmişdi.
Davud Əzimi
1009721