IQNA

"Ali Dini Lider Ayətullah Xaməneinin Nüvə enerjisi barədə verdiyi fətva İİR-in bu enerjidən sülhsevər istifadəsində sadiq olduğuna sübutdur"

9:15 - May 20, 2012
Xəbər sayı: 2329537
Beynəlxalq qrup: Ali Dini Lider Ayətullah Seyid Əli Hüseyni Xaməneinin Nüvə enerjisindən kütləvi qırğın silahları kimi istifadə etməyin haram olması barədə verdiyi fətva İİR-in bu enerjidən sülhsevər istifadəsində sadiq olduğuna sübutdur".
Nərgiz bint İbadət - (Fransa / Lion) - Tunisli analitik və "Collectif Chalon Palestine" – Fransa Anti-Sinonist Təşkilatı- komitəsinin üzvi, İQNA ilə müsahibəsində bildirib ki, Ali Dini Lider Ayətullah Seyid Əli Hüseyni Xaməneinin onun İran İslam Respublikasının rəhbəri və dünya şiələrinin təqlid mərcəsi olaraq Nüvə enerjisindən kütləvi qırğın silahları kimi istifadə etməyin haram olması barədə verdiyi fətva İİR-in bu enerjidən sülhsevər istifadəsində sadiq olduğuna sübutdur. Çünki belə bir hökm və İlahi mənbələrə əsaslanıb verilən fətva dövlət qanunu deyil ki, sonradan onu Milli Məclis müzakirəsinə verib asanlıqla ləğv və yeni bir qanunla əvəz etmək olsun. Bəlkə bu hökm dəyişilməz bir qanun kimi qalacaq və ondan kənara çıxmaq İlahi qanunlardan və Allahın hökmündən boyun qaçırmaqdır.
O, dünya dövlətlərinin İİR-in nüvə proqramını dünya üçün qorxulu və İİR-in atom silahları düzəltmək niyyətində olduğunu xalqlar arasında yaydığı və İran əleyhinə təbliğat apardığı bir zamanda belə bir İlahi fətva verərək Avropa və Qərbin bütün hoqqabazlıqlarına son qoydu və İİR-in bu enerjidən sülhsevər istifadəsində sadiq olduğunu sübut etdi".
O, sözünün davamında dedi: "Qərbin anti-İran təbliğatlarına baxmayaraq Avropa və Qərb KİV-ləri Cənab Xaməneinin bu fətvasından sonra İİR-in nüvə proqramının sülhsevərlik çərçivədə fəaliyyətlərinə inanmağa başlayıblar... Bu fətva Qərbin riyakarlığını və İranın sədaqətini bir daha sübuta yetirdi".

1011011




captcha