İQNA-nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) "AJİB" saytına istinadən verdiyi xəbərə görə Fransanın Eşitməyənlər İslami birliyi və "DRUS" birliyinin həmkarlığı ilə Fransanın Burje şəhərində yerləşən Əl-İman məscidində bu həftənin Cümə Namazının xütbələri ilk dəfə olaraq eşitməyənlər üçün İşarə dili ilə tərcümə ediləcək.
Bu addımın hədəfi Eşitməyənlərin Cümə namazının xütbələrinin tərcüməsi haqqında olan istəklərini həyata keçirmək və onların geniş şəkildə Cümə namazlarında iştirak etməsinə zəmin yaratmaqdır.
Bu layihənin icraçıları ümid edirlər ki, başqa məscidlərdə də bu addım atılacaq.
1011938