Şeyx Mustafa Məhəmməd Misri Amili – Livanın Cəbəl-Amil şiə alimi və Qum Dini-Elmi hövzəsinin ustadlarından, İQNA ilə müsahibəsində dedi: "İran İslam İnqilabı Rəhbəri Ali Dini Lider Ayətullah Seyid Əli Xaməneinin Nüvə silahlarından istifadənin və bu silahların istehsalının haram edilməsi barədə fətvasının müxtəlif cəhətləri vardır, amma bu fətvanın kökü İslam təlimləri və Əhli-Beyt (ə) məktəbindən götürülmüş fiqhi əsaslardadır".
O dedi: "İslam və Əhli-Beyt (ə) təlimlərində müharibə və döyüşlər üçün qayda, qanun, ədəb və bir sıra təlimlər vardır ki, bunlara əsasən müsəlmanlar döyüş zamanı İslami əxlaq və dəyərlərə zidd olan vasitələrdən düşmən əleyhinə istifadə edə bilməzlər".
O, ikinci dünya müharibəsində ABŞ-ın Yaponiyaya qarşı atom silahından istifadə edərək canlı və qeyri canlıları məhv etməsinə işarə edib dedi: "Bu məsələ müqəddəs İslam şəriəti ilə tam müxalifdir. İslam dininin fiqhi əsasları döyüş zamanı belə addımlar atmağı qəti qadağan etmişdir... Və İran İslam İnqilabı Rəhbəri Ali Dini Lider Ayətullah Seyid Əli Xaməneinin Nüvə silahlarından istifadənin və bu silahların istehsalının haram edilməsi barədə fətvası aşkarcasına elan edir ki, biz iranlılar sülhsevər insanlarıq və biz qərblilərin çatmaq istədiyinə (nüvə silahlarına yiyələnib dünyaya ağalıq etmək) nail olmaq fikirində deyilik!".
O dedi: "Bu fətva İİR-in bu enerjiyə yiyəlnməkdə məqsədinin insanlara xidmət olduğunu bəyan edir. Və heç vaxt insanlıq əleyhinə istifadə niyyətində deyil.
Bu fətva bəyan edir ki, İslami təlimlərin siyasi-ictimai cəhətləri yalnız və yalnız həyatın müxtəlif sahələrinfə insanlara xidmət etməkdir.
Amma Qərb İİR-in nüvə enerjisi məsələsini "Osmanın köynəyi" kimi əldə tutaraq İrana təzyiq vasitəsi edib. Və istəyir ki, İranın iqtisadi inkişafının qabağını alsın. Çünki İİR xalqa söykənərək başqa hegomon dövlətlərə yem olmaq istəmir. Bundan da Qərblilərin xoşu gəlmir. Hər bəhanə ilə İranın inkişaf yolunu bağlamaq istəyirlər.
Qərblilər 21-ci əsrdə istemarın yeni üsulundan – İqtisadi asılılıqdan, istifadə edirlər. Onlar bu yolla xırda dövlətləri öz işğalları altına salırlar. Amma bu dövlətlər zahirdə özlərini azad və müstəqil hesab edirlər".
O sonda dedi: "Amma İİR öz şəri və qanuni haqqından keçməyəcək və İslam təlimlərinə əsasən də heç mömin öz şəri və hüquqi haqqından keçməməli və zülmi qəbul etməməlidir".
1013130