IQNA

"Livanın Cənubunu sionistlərdən təmizləmək onların əleyhinə və İsrailə qarşı daha böyük qələbələrin başlanğıcıdır"

12:24 - May 23, 2012
Xəbər sayı: 2332473
Siyasi-İctimai qrup: İİR-in Milli Məclisinin Rəsisi Cənab Əli Laricani Livanın Hüzbullah qruplaşmasının baş katibi Seyid Həsən Nəsrullaha və Livan Parlament rəisinə Livanın Cənub bölgəsinin işğalçı sionistlərdən təmizlənmə günü münasibəti ilə təbrik məktubu yazaraq bildirdi: "İnanıram ki, Livanın Cənubunu işğalçı sionistlərdən təmizləmək onların əleyhinə və İsrailə qarşı daha böyük qələbələrin və azadlığın başlanğıcıdır".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Parlamentdən verdiyi xəbərə görə İİR-in Milli Məclisinin Rəsisi Cənab Əli Laricani iki ayrı-ayrı təbrik məktubunda Livanın Hüzbullah qruplaşmasının baş katibi Seyid Həsən Nəsrullaha və Livan Parlament rəisi Nəbih Bəriyə Livanın Cənub bölgəsinin işğalçı sionistlərdən təmizlənmə günü münasibəti ilə təbrik dedi.
Əli Laricani bu məktubda Livanın cənub bölgəsinin işğalçı sionistlərdən təmizlənməsini İslam ümmətinin zülm və işğalçılıq əleyhinə mübarizə tarixində işiqlı bir gövhər sayaraq dedi: İnanıram ki, Hizbullahın Livanın cənubu sionistlərdən təmizləməsi və İsrail üzərində 33 günlük qələbəsi daha böyük azadlıq və qələbələrin başlanğıcıdır".
Parlament rəisi dedi: "Bu gün dünya azdlıqsevrılərinin izzəti və başucalığı sözsüz ki, dahi rəhbər İmam Xumeyninin mirası, Ali Dini Lider Ayətullah Xaməneinin uzaqgörniliyinin və yüksək siyasətinin zühuru və İslam şəhidlərinin pak qanlarının nəticəsidir".
Qeyd edək ki, 2000-ci il may ayının 25-də Livan Müqavimət Hərəkatı sionist rejimin qoşunlarını məğlub edərək onları Livanın Cənubundan çıxmağa vadar etdi.
Livan dövləti bu günü "Müqavimət və Azadlıq" adlandıraraq ümumi tətil elan etmişdir.
1013937
captcha