İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Məkarim Şirazi may ayının 27-də Əmirəl-Möminin mədrəsəsində "Quran elmləri və təfsir" mərkəzinin yeni rəisini elan edərkən deyib: "İmam Hadinin (ə) müqəddəs məqamının təhqir oluması dini tələbələrin İmam Hadini (ə) daha çox tanıtdırmaqla Əhli-Beytə (ə) hörmətsizlik edənlərlə döyüşə getməsinə səbəb olmalıdır".
O deyib: İmam Hadi (ə) buyurub: «الدُّنْيا سُوقٌ رَبِحَ فيها قَوْمٌ وَ خَسِرَ آخَرُونَ»
"Dünya bir bazardır ki, bir dəstə qazanır, başqa bir dəstə isə zərər edirlər və uduzlar".
İmam Hadinin (ə) bu təmsilinə görə dünya əbədi oturaq yeri deyil və bazara oxşayır ki, hər kəs gəlib sərmayə qoyur və istədiyi cinsi alır. Bu bazarda çoxlu şeytanlar vardır ki, hoqqabazlıq və hiyləgərliklə məşğuldurlar.
Bir qrup insanlar da düzgün alver edir və sərmayəsini verib yaxşı mal alıb bazardan çıxır.
Dünya bazarında insanın sərmayəsi ömr, ağıl və dərrakədir. Əgər nəfsani istəklər bu bazarda ağıl və dərrakəyə qalib gələrsə insan bu bazardan aldanıb çıxacaq və sərmayəsini (ömr) əldən verəcəkdir.
Halbuki İmam Əli (ə) buyurur: İnsanın dəyəri cənnətdən başqa bir şey deyildir. Ömrün hasili Allahın razılığı, əbədi xoşbəxtlik və Allaha yaxınlıq olmalıdır.
Qeyd edək ki, Höccətul-İslam vəl-müslimin Əhməd Fərəx Fal – Qum Elmi Hövzəsinin rəisi, tərəfindən verilən fərmana əsasən Höccətul-İslam Həmid Məliki "Quran elmləri və təfsir" mərkəzinin yeni rəisi vəzifəsinə təyin edildi.
Bundan öncə bu mərkəzin rəisi Məhəmməd Fakir Meybodi idi ki, 21 il "Quran elmləri və təfsir" mərkəzinin rəisi vəzifəsində çalışmışdır.
1018259