IQNA

Kanada "Müasir oyanış və İmam Xumeyni (r.ə) təfəkkürü" toplantısına evsahibliyi edəcək

11:31 - May 31, 2012
Xəbər sayı: 2338180
Beynəlxalq qrup: "Müasir oyanış və İmam Xumeyni (r.ə) təfəkkürü" toplantısı iyun ayının 2-də Kanadanın Ottava şəhərinin "Karleton" universitetində keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Karleton" universitetinin (karlton.ca) saytına istinadən verdiyi xəbərə görə bu toplantı "Karleton" universitetinin İranlıların Mədəni Birliyi (ICACU) tərəfindən və İİR-in Mədəni Mərkəzinin həmkarlığı ilə Həzrət İmam Xumeyninin (r.ə) vəfatının ildönümü münasibətilə keçiriləcəkdir.
Höccətul-İslam Seyid Məhəmməd Rəzəvi – On İki İmamçı Şiələrin Toronto və Philvilito şəhərlərində başçısı, Naşir, Yazıçı və ABŞ-ın Virceniya əyalətinin Siyasi Aktivisti bu toplantıda müasir milli oyanışlar və İmam Xumeyni təfəkkürünün müxtəlif cəhətləri haqqında danışacaq və müzakirə aparacaqlar.

1020365
captcha