IQNA

Amerikada ilk Beynəlxalq Quran Mərkəzi açılacaq

17:24 - June 09, 2012
Xəbər sayı: 2342912
Beynəlxalq qrup: Amerikanın İncil Ədəbiyyatı Birliyinin təşəbbüsü ilə ilk dəfə Amerikada Beynəlxalq Quran Araşdırmalar Mərkəzi gələn üç il ərzində təsis olunacaq.
İQNA-nın «chronicle» saytına istinadən verdiyi xəbərə görə “Beynəlxalq Quran Araşdırmalar Mərkəzi” – Quran tədqiqatlarını himayə və icra etmək üçün, həmçinin Quranın tarixi baxımdan araşdırılması və öyrədilməsi üçün müstəqil bir mədəni-məzhəbi mərkəz olacaqdır.
Bu Mərkəz vasitəsilə Quran tədqiqatçıları arasında həmkarlıq, toplantılar keçirilməsi, Qurana aid nəşriyyələrin çapı və başqa Qurana aid xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.
Jon Kotosko - Amerikanın İncil Ədəbiyyatı Birliyinin icraçı katibi, dedi: “Bu gün hər zamankından daha çox Quranı öyrənməyə ehtiyac duyulur. Biz Quranı bilmədən müasir mədəniyyət sahibi ola bilmərik. Quran bizim təhsilimizin və azad mütaliəmizin bir hissəsi olmalıdır”.
“Mətnlər və Quran mütaliələri” və “Quranda araşdırmalar” Qərbdə ən çox satılan kitablardandır.
1025819
captcha