IQNA

Xarici İşlər Nazirliyi Mersiyə Misir seçkilərində qələbəsinə görə təbrik dedi

18:26 - June 25, 2012
Xəbər sayı: 2354271
Siyasi qrup: İİR-in Xarici İşlər Nazirliyi Məhəmməd əl-Mersiyə Misirin prezident seçkilərində qələbəsinə görə təbrik deyərək bəyan etdi ki, Misirin tarixyaradan milləti prezident seçkilərində öz hüzurları ilə Misirin Böyük İnqilabının öz arman və hədəfinə çatmağı üçün son sözlərini tam qüdrətlə dedilər.
İQNA-nın (İran Quran Agentliyi) XİN-in informasiya blokuna istinadən verdiyi xəbərə görə XİN-in təbrik bəyaniyyəsində deyilir: Misir xalqının azadlıq və müstəqillik uğurunda hərkatı Orta Şərqin İslami oyanış yolunda öz kamillik mərhələsini keçir. Bu hərəkat bütün İslami cərəyanların mübarizə hasili və şəhidlərin qanının səmərəsidir. Bu xaqlın seçdiyi Misirin gələcəyində və inkişafında mühüm addımlar atacaqdır.
İİR-in XİN-i Misir xalqına və Dr. Məhəmməd Mersiyə seçkilərdə qələbəsinə görə təbrik deyir və bu inqilab şəhidlərinin ruhunu ehtiramla yad edir və Misir xalqının bütün siyasi və ictimai səhnələrdə xoşbəxtliyini və inkişafını arzulayır.
1037479
captcha