İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İİR-in İslami Şura Məclisinin 148 üzvi bəyaniyyə yayaraq Beynəlxalq Quran yarışlarının İİR-də layiqli şəkildə keçirilməsini alqışladılar.
Bəyaniyyənin mətni belədir:
Bismillahir-rəhmanir-rəhim.
“Bütün İslam ümmətinin bu səmavi kitabı qəbul etdikləri halda bu müqəddəs kitabdan başqa hansı bir şey ən gözəl birlik və vəhdət vəsiləsi ola bilər. Hamı bu mənəvi süfrənin ətrafında otursun, hamı bu mənəvi süfrədən qidalansın və hamı bu İslami və İlahi izzət və qüdrət vəsiləsindən istifadə etsin”. (Həzrət Ayətullah İmam Xamənei).
Bizim fəxrimizdir ki, 29-cu Beynəlxalq Quran yarışları 68 ölkənin iştirakı ilə tam qüdrət və əzəmətlə, misilsiz maraq və qarşılama ilə İran İslam Respublikasında keçirildi.
Bu yarışların Vəqfiyyat və Xeyriyyə işləri idarəsi tərəfindən Ali Dini Liderin sözünü rəhbər tutaraq gözəl və ləyaqətli şəkildə keçirilməsi bizi bu təşkilatdan təqdir və təşəkkür etməyə sövq etdi.
Biz məclis nümayəndələri bu təsirli və ilham verici addımı, həmçinin müstəqil Quran mərkəzinin təsis olunmasını himayə edirik.
1039714