İQNA-nın "al-manakh" saytına istinadən verdiyi xəbərə görə İngiltərənin məscid və İslami mərkəzləri elab ediblər ki, London (2012) olimpiya oyunları keçirilən müddətdə müsəlman turistlərə xidmət etmək məqsədi ilə "İftar-2012" planı icra olunacaq.
Bu dini mərkəzlər elan ediblər ki, Ramazan-2012 ziyafəti təkcə müsəlmanlara aid deyil, bəlkə qeyri-müsəlmanlar da axşam namazından sonra elan olunan yerlərə gəlib Quran ayının bərəkətli süfrəsindən bəhrələnə bilərlər.
Bu xəbərə əsasən qeyri-müsəlman sakinlər bu il olimpiya oyunları ilə bərabər "Ramazan və orucluq ayini" kimi başqa bir hadisə ilə də yaxından tanış olacaqlar.
1054363