IQNA

İPHONE internet mağazalarında Quran proqramları pulsuz olaraq təklif və təqdim olunur

10:43 - July 19, 2012
Xəbər sayı: 2372421
Beynəlxalq qrup: Ərəbistanda yaşayan müsəlman proqramçı (elektron avadanlıqlar üçün proqram hazırlayan) Ramazan ayının gəlişi münasibəti ilə "İqra`" Quran qiraət edən telefon proqramını pulsuz olaraq İPHONE internet mağazalarında (İtunes) müsəlmanların ixtiyarına vermişdir.
İQNA-nın "Alkanz" saytına istinadən verdiyi xəbərə görə bu proqramçı Ramazan ayının gəlişi münasibəti ilə İphone telefonlar üçün dini proqramlar yazaraq pulsuz müsəlmanrın ixtiyarıdna qoymuşdur.
Bu proqram 144 mb həcmində və üç dildə - Ərəb, İgilis, Yapon – İphon saytında qoyulmuşdur və Apple şirkətinə məxsus olan İphon telefonları olanlar ondan istifadə edə bilərlər.
Keçən il Ramazan ayında müsəlmanlar bu cür proqramları almaqda rekord vurmuşdular. Bir haldaki İncil və Tövrat satış üzrə 38-ci rütbəni qazanmışdılar. Amma Quranın elektron nüsxəsi 7-ci ən çox satılan kitab olmuşdu.
Bu cür proqramları App Store və İtunes internet mağazalarından almaq mümkündür.
1054160
captcha