İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Məhəmmədtəqi Fəali - Hövzə və Universitet ustadı və 9 cildlik müasir mənəvi hərəkətlər kitabının müəllifi, Yalançı irfanlar toplantısının 16-cı iclasında dedi: Modern mənəvi ayinlər 7 hissəyə bölünür ki, bunun ikinci hissəsi Amerikanın mənəvi ayinləridir. Amerika mənəvi ayinləri də 4 hissəyə bölünür: 1). Qırmızıdərililərin irfanı 2). Ekankar ayini 3). Paulo Coelho 4). Şeytanpərəstlik ki, dünyada ən çox yayılmış və müxtəlif qismləri vardır.
Şeytanpərəstliyin terminologiyası
Satanism: – (Satan (şər) + ism (meyilli olmaq)) = Satan İngiliscə lüğətdə "div" mənasına işlədilmişdir. Amma elmi lüğətlərdə bu sözün dəqiq mənası "şər ünsür" deməkdir. Bu mənada isə ərəblərdə işlənən amma əsli "ibri"cə olan "İblis" sözü ilə tam üst-üstə düşür. İblis sözü də ibricə şər ünsür mənasına işlənib. Nəticədə görürük ki, Satan sözünün mənası div və şeytan deyil, bəlkə "şər ünsür" deməkdir. Buna görə də Satanism sözünün mənası Şərpərəstlik və İblisə meyilli (İblisism) olmaq deməkdir. Bu sözün termenoloji izahına əsasən satanizm şeytanpərəstlik deyil, bəlkə şeytana meyilli olmaq və şərpərəstlik deməkdir.
Satanistlər də özlərini nəyə isə pərəstişkar saymırlar və şeytanı sadəcə özləri üçün bir simvol seçiblər.
Şeytanpərəstlik Məsihin miladından öncə də olmuşdur ki, buna qədim satanism deyilir. Müasir və modrn satanism isə 20-ci əsrdən başlamışdır. Modern satanism son illərdə şərq və islam dünyasına sürətlə axmağa başlamışdır.
Qədim satanismin mənşəyi yunanlıların Zeus adlı Allahlarındadır. Bu söz nurlu deməkdir. Bu sözün bu günki ingilis dilində müadili İblis və Şeytan kimi işlədilir.
Kabalism şeytanpərəstliyin ikinci amili sayılır.
1071022