IQNA

Müsəlmanların Qüds günü uca fəryadları İsraili və onun himayədarlarını titrədir

12:47 - August 17, 2012
Xəbər sayı: 2394847
Siyasi qrup: İmam Xumeyni (r.ə) tərəfindən Ramazan ayının axırıncı cüməsinin Qüds günü adlandırılması çox ali bir yenilik idi. Müsəlmanların Qüds günü uca fəryadları İsrailin və onun himayədarlarını titrədir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Qum şöbəsinin verdiyi xəbərə görə Ayətullah əl-uzma Nasir Məkarim Şirazi – Dünya Şiələrinin təqlid mərcəsi, dünən avqust ayının 16-da Qum şəhəri Həzrət Məsumənin (s) ziyarətgahının İmam Xumeyni (r.ə) Şəbistanında təşkil olunan Qurani-Kərimin təfsir dərsində deyib: Fələstin torpaqları və bizim birinci qibləmiz qəsb və işğal olunmuşdur. Ramazan bayramı günlərində Fələstinlilər Əqsa məscidində namaz qılmaq istəyirlər, amma bunun üçün İsraillilərin icazəsini gözləməli olurlar... Buna görə də Qüds gününün nümayişində iştirak etmək İslami bir vəzifədir... İmam Xumeyni (r.ə) Qüds və Fələstinlilərin unudulmaması üçün bu günü tarixə salmışıdr... Müsəlmanlar bu gün öz himayə fəryadlarını zalimlərin qulağına çatdırmalıdır... Əhzab döyüşündə olduğu kimi bu dəfə də zalimlər və onların hamiləri (yədudilər və ingilislər) məhv ediləcəklər... Əhzab döyüşündə düşmənin məhv edilməsinin və düşmənlərin qorxuya düşməsinin səbəbi İmam Əlinin (ə) Əmr bin Əbdəvidi öldürməsi idi. (Bu gündə müxtəlif zalim dövlətlərin və israilin müsəlmanlardan xə xüsusi ilə də şiələrdən qorxmasının əsas səbəbi budur. Çünki o zaman müsəlmanlar az sayla küfr ətrafında birləşmiş ərəbləri və yəhudiləri məhv etmişdir).
Ayətullah Məkarim Şirazi sözlərinin davamında Fitrə zəkatı məsələsinə də işarə edərək deyib:
Fitrə zəkatı ki, bədən zəkatı adlanır bütün müsəlmanlara vacibdir. Bu zəkat bədəni xəstəliklər qarşısında sığorta edir. Həmçinin Ramazan orucunun qəbul olma şərtidir.
Fitrənin miqdarı hər nəfər üçün 2500 tümən (1 manat) miqdarındadır. İllik və ya aylıq dolanışıq xərci olanlar fitrə verməlidir. İllik və aylıq dolanışıq xərci tapmayanlar və bunun üçün iş yeri də olmayanlar və həmçinin qazandıqları dolanışıqlarını ödəməyən insanlar fitrə ala bilərlər.
Ailə başçısı özünün bütün çörəkyeyənlərinin fitrəsini verməldir. Həmçinin onun çörəkyeyəni sayılan qonağın da fitrəsini verməlidir (7 gündən çox qalan qonaq çörəkyeyən sayılır).
Fitrə bayram namazından qabaq verilməlidir. Əgər fəqirə əlimiz çatmırsa fitrəni onun üçün saxlamalıyıq.
1080371
captcha