Siyasi qrup: Nuri Unal – Türkiyənin Vəqf Təşkilatının rəisi, Sionist rejimi tərəfindən "Şərab" festivalının Fələstin məscidlərindən birində keçirilməsini qəbuledilməz bir iş və müsəlmanların dini məkanlarına və müqəddəs simvollarına təhqir və hörmətsizlik hesab etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Qərb və Cənub-Qərb regionu şöbəsinin verdiyi xəbərə görə Nuri Onal- Türkiyənin Vəqf Təşkilatının rəisi, sionist rejimin Şərab festivalını Bersəb məscidinin böyük səhnində (həyət) keçirilməsini pis və çirkin bir əmək hesab edərək deyib: "Məscid bütün müsəlmanların ibadət yeridir. Sionist rejiminin bu çirkin və xoşagəlməz addımı bütün müsəlmanları hiddətləndirir və onlarda bu rejimə qarşı nifrət oyadır. İsrail qəsbkar rejiminin bu nalayiq və çirkin hərəkətini ki, müsəlmanlarla düşmənçiliklərinin nümunəsidir, məhkum edirik və bütün müsəlmanları onlarla mübarizə üçün ayağa qalxmağa dəvət edirik".
Qeyd edək ki, Sionist rejimi qərara almışdır ki, oktyabr ayında Şərab festivalını keçən il işğal etdiyi Bersəb şəhər məscidində qeyd etsin.
1086288