İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Qoşulmayanlar (qeyri-mütəhhid, qeyri-öhdəçilik) hərəkatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin 16-cı iclası dünən səhər avqust ayının 28-də İranın milli marşının çalınması və Qurani-Kərimin tilavəti və 50 ölkədən çox dövlətin heyətlərinin iştirakı ilə işə başladı.
İclasın əvvəlində Misirin Baş Naziri - Qoşulmayanlar (qeyri-mütəhhid, qeyri-öhdəçilik) hərəkatının keçən üç il ərzində rəisi, çıxış edərək bu hərəkatın yeni rəisliyini İranın Xarici İşlər Naziri Əliəkbər Salehiyə təhvil verdi.
İclasın son konfransı Fələstin komitəsinin üzvləri tərəfindən əsr vaxtə saat 18:00-da keçirilib.
Həmçinin bu gün (29 avqust) bu hərəkatın "Əbədi Sülh, müştərək dünya müdiriyyəti sayəsində" məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, Qoşulmayanlar (qeyri-mütəhhid, qeyri-öhdəçilik) hərəkatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin 16-cı iclası avqust ayının 28-dən sentyabr ayının 1-dək Tehranda keçiriləcəkdir.
1086787