İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın qərb və cənub-qərb regionu şöbəsinin verdiyi xəbərə görə Tükiyənin Vəqfiyyat Təşkilatı avqust ayının 30-da elan edib ki, tələbələrin Türkiyədə dini təhsil almalırını proqramlaşdırmaqdan məqsəd İslami ölkələr arasında mədəni və dini əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsidir. Türkiyə dini təhsil ocaqları tələbələrə 2007-ci ildə bu ölkə və müsəlman ölkələr arasında imzalanmış təlim-təhsil müqaviləsinə əsasən dini təhsil verir.
Hal-hazırda İndoneziya, Pakistan, Əfqanıstan, Kenya, Nejeriya, Tayland, Qazaxıstan, Tacikistan, Sumali, Tanzaniya, Ğina, Azərbaycan, Serbistan və digər ölkələrdən 541 nəfər tələbə Türkiyədə dini təhsil alır.
Tələbələr Anadolunun "Gərmiri" (413 nəfər) və İstambulun Fateh Sultan Məhəmməd (128 nəfər) mədrəsəsində təhsil alırlar.
Pakistan və İndenoziya tələbələri ölkələrindəki çətin iqtisadi duruma görə Türkiyə dini təhsil ocaqlarının hesabına təhsil alırlar.
1088454