İctimai qrup: Vladimir Putin – Rusiyanın prezidenti, İslam dininin bu ölkədəki əhəmiyyətli mövqeyinə işarə edərək dedi: İslam dini özünün yüksək əxlaqi dəyərlərinə görə Rusiya vətəndaşları arasında böyük mövqeyə malikdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa regionu şöbəsinin verdiyi xəbərə görə Vladimir Putin – Rusiyanın prezidenti, avqust ayının 30-da Rusiya Həcc Təşkilatının yaranması ildönümündə bu təşkilata təbrik ismarıcı göndərərək dedi:
"İslam dini özünün yüksək əxlaqi dəyərlərinə görə Rusiya vətəndaşları arasında böyük mövqeyə malikdir. Bu gün İslam dini Rusiya vətəndaşlarının ictimai və mədəni həyatlarının ayrılmaz bir hissəsidir. İslamın ilk dəyərləri mehribanlıq, şəfqət, ədalət üstündə qurulmuşdur. Rusiyada milyonlarla vətəndaş bu ilahi dinin ardıcıllarıdır. Rusiya Həcc təşkilatı da son illərdə qüdrətlənmiş və bu ölkənin vətəndaşlarının müqəddəs məkanların ziyarətində üzləşdikləri bir çox problemləri aradan qaldırmışdır".
1089444