IQNA

Türkiyə Şiələrinin rəhbəri Qoşulmama Hərəkatı Başçılarının iclasının uğurlu olduğunu təkid etdi

10:56 - September 04, 2012
Xəbər sayı: 2404720
Siaysi qrup: Səlahəddin Özgündüz – Türkiyə Şiələrinin rəhbəri, 120 ölkənin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatı Başçılarının sammitinin İran İslam respublikasında keçirlməsinin uğur olduğuna təkid etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya regionu şöbəsinin verdiyi xəbərə görə Səlahəddin Özgündüz – Türkiyə Şiələrinin rəhbəri, avqust ayının 30-da cümə söhbətində deyib: İranı küncə sıxışdırmaq istəyən ölkələr Qoşulmama Hərəkatı sammitinin İranda keçirlməsi ilə məğlubiyyətə uğradı.
O, İslam dünyası üçün qələbə arzusu ilə dedi: Bu sammitdə qəbul edilən qərarlar dünyanın və regionun inkişafı üçün təsirli olacaqdır.
Amerika və onun nökərləri Suriyanın daxili işlərinə qarışaraq bu ölkəni təhlükə altına atıblar. Çünki bu dövlət sionizimin və istikbarın əleyhinədir.
Suriyada təhlükəsizliyin davamı regionun və İslam dünyasının xeyrinə deyildir. Biz Suriyada çaxnaçma salanları məhkum edirik. Və regionda sülhün yaranmasını istəyirik.
1090466
captcha