IQNA

İran İslam İnqilabından sonra İndoneziyada Şiə məzhəbi daha çox yayılıb

9:45 - September 07, 2012
Xəbər sayı: 2406483
Beynəlxalq qrup: 1979-cu ilin İran İslam İnqilabından sonra müsəlman ölkəsi olan İndoneziyada Şiə məzhəbi daha çox yayılmağa başlayıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «tempo interactive» saytına istinadən verdiyi xəbərə görə Cəlaləddin Rəhmət - İndoneziyanın "Əhlul-Beyt (ə)" cəmiyyətinin üzvi, bu məsələni aşkar edərək deyib: İran İslam İnqilabı böyük əhəmiyyətə malikdir. Çünki, İslami əxlaqa riayət edərək, tələfatsız və silahlı çaxnaşmalara yol vermədən qələbə çaldı.
O dedi: İmam Xumeyninin (r.ə) sözlərinin üzünün çıxarışı fotokopiya aparatları ilə çoxaldılır və cammatın arasında paylanırdı. Bu xəbər yayma növü ilə İmam Xumeyninin bəyanatlarını yaymaq elə o zaman İran cammatını oyatmaq üçün əsas rola malik idi.
İran İslam İnqilabından sonra Pakistanda, Hidistanda, Malaziyada, İndoneziyada və Orta Şərqdə kiçik və böyük inqilablar baş verdi. Səudiyyə Ərəbistanı ki, vəhabilərin sayının çoxluğu ilə məşhurdur, güman edir ki, İran Şiə məktəbini müsəlman ölkələrinə yaymaq istəyir.
O dedi: Professor Əli Haşimi "Şiə və Sünni: İslam Tarixinin başlanğıcından Əlcəzairdə qüdrətə yiyələnmək" kitabında yazır: "Şiəlik 173-cü hicri ilindən İndoneziyanın "Ache" vilayətində mövcud olmuşdur".
Cəlaləddin Rəhmət - İndoneziyanın "Əhlul-Beyt (ə)" cəmiyyətinin üzvi, xatırlatdı: Şiə təlimləri Fars körfəzi ölkələri, İran və Hindistandan ticarət gəmiləri vasitəsi ilə İndoneziya xalqına çatmışdır.
1091052
captcha