İQNA-nın (İran Quran Xəbər Agentliyi) "tayyar.org" saytına istinadən verdiyi xəbərə görə Seyid Həsən Nəsrullah - Livan Hizbullah təşkilatının baş katibi, "Əl-Mənar" peyk kanalı ilə müsahibəsində dedi:
"Amerika və İsrailin anti-İslam siyasəti əsasında hazırlanmış İslam Peyğəmbərini (s) və İslamı təhqir edən film İslamı, Quran və Peyğəmbəri (s) təhqir edən bütün digər təhqirlərdən təhlükəlidir. Çinki bunu bütün müsəlmanlar bilir və bu film İslam və Peyğəmbər (s) əleyhinə müharibə elan etmək deməkdir.
"Belə bir filmin istehsalı tələb edir ki, müsəlmanlar mövqe tutsunlar, çünki bu film bizim üçün Allahdan sonra ən müqəddəs kəs olan Peyğəmbərimizi (s) təhqir etmişdir. Bu hadisə keçmişdə Beytül-Müqəddəsin yandırılmasından daha təhlükəlidir. Çünki o zaman İslami ölkələr və İslami Yoldaşlıq təşkilatı bu işə reaksiya göstərmişdilər. Əgər müsəlmanlar Peyrğəmbərə (s) edilən təhqirin qarşısında sakit oturarlarsa bu İsrail üçün Məscidul-Əqsanı yandıra bilərsən mesajıdır.
Onlar bu film ilə məsihi cəmiyyətlərini günahkar göstərək müsəlmanlar ilə məsihiləri qarşı-qarşı qoyub dünyaya fitnə salmaq istəyirlər. Amma dini alimlərin və siyasətçilərin bu hadisəyə münasibətləri camaatın qəzəb və nifrətini Məsihiyyətə deyil bəlkə Amerika siyasətinə qarşı yönəltdi.
Xəbər agentlikləri (Amerika və Sionist KİV-ləri) Qibti məsihilərini bu hadisənin səbəbkarı kimi göstərmək istədikləri halda Qibtilərin böyük ruhaniləri bu filmin istehsalını məhkum etdilər. Və bu, düşməni nəzərdə tutduğu hədəfə çatmağa qoymadı".
"Bu filmi hazırılayanlar (utanmadan) bu filmi tam şəkildə yayacaqları ilə qorxu gəlirlər. Bu, müsəlmanların qəzəb və nifrətinin Məsihilərə deyil bəlkə Amerika və İsrailə yönəldiyini göstərən müsbət bir əlamətdir.
İslam dünyası Amerikadan istəyir ki, İslam dünyasının müqəddəslərini təhqir edən bu filmi tam olaraq yığışdırsın, səbəbkarlarını cəzalandırsın. Amma Amerika dövləti bu yöndə bir addım atmayıb, atmayır və atmayacaq!
Amerikanın bu addımı göstərir ki, o müxtəlif məsələlərə qarşı ikiüzlü və hiylərgəcəsinə siyasət aparır. Biz dəfələrlə Amerikada Sionizimi və qondarma Holokost məsələsinə etiraz edənlərin mühakimə olunduqlarının şahidi olmuşuq.
Müsəlmanlar bacardıqları hər bir yol ilə bu cür hadisələrin gələcəkdə də baş verməsinin qarşısını almalıdırlar. Mitinqlər keçirdib evə qayıtmaq kifayət deyil. Bu gün İslam dünyasının üzərində ağır tarixi bir məsuliyyət vardır. Bu cür hadislərin gələcəkdə baş verməsinin qarşısını almaq üçün İlahi diniləri və peyğəmbərləri təhqir edən hər bir addımı cinayət sayan beynəlxalq qanunlar qəbul edilməlidir.
Keçmişdə "Şeyani ayələr" kitabının yazılması əleyhinə də böyük nümayişlər keçirilmişdi ki, yazıçının və bu kitabı satanların uzun müddət mühasirədə qalmasına səbəb oldu.
Əgər İlahi diniləri və peyğəmbərləri təhqir edən hər bir addımı cinayət sayan beynəlxalq qanun qəbul edilərsə bu növ cinayətlər edənlər biləcəklər ki, dünyanın heç bir yerində onları himayə edən olmayacaq.
Amerika konqresi yəhudiləri qoruyan qanun qəbul etdiyi kimi başqa bir qanun da İlahi dinlərin və dini müqəddəslərin təhqir olunmasının qarşısını almaq üçün qəbul etsin.
Bu mövzunun müzakirəsi üçün İslami Yoldaşlıq təşkilatının fövqəladə iclas keçirməsi zəruridir. Çünki İslam dünyasında bu gün baş verən hadisələr Suriyada baş verənlərdən daha təhlükəlidir. Bu sizin İslamınızdır ki, təhlükəyə məruz qalıb. Təəccüb edirəm bəzi ərəb ölkələri hökumətlərinə ki, sakit durublar. Bu gün ərəb millətlərinin məsuliyyəti budur ki, öz dövlətlərindən bu yöndə bir iş görməyi tələb etsinlər.
Bütün dünya bilsin ki, İslam Peyğəmbərinin (s) qeyrətli davamçıları heç vaxt bu təhqirlərin qarşısında sakit durmayacaqlar!
Bütün müsəlmanlar dünyanın hər yerinə xiyabanlara çıxsınlar və dünyaya elan etsinlər ki, onların İslam ölkələrində mənafeləri yalnız onlar İslam müqəddəslərinə hörmətlə yanaşdıqları zaman qoruna bilər.
Mən İraq dövlətindən istəyirəm (Ərəb birliyinin indiki rəisi) bu mənfur addımı məhkum etmək üçün Ərəb dövlətləri başçılarının iclasını təşkil etsin.
Papın Livana səfəri müsəlmanların və məsihilərin bir-biri ilə dostcasına yaşadıqlarını göstərir".
Livan Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah cənbaları: "Siz (ey müsəlmanlar!) hər il Məhərrəm ayının 10-cu günü meydanlara toplaşır və İmam Hüseynin (ə) "Həl min nasirin yənsuruni" (Varmı mənəbir kömək edən?) nidasına "Ləbbeyk Ya Hüseyn" deyirsiniz. Mən sizdən istəyirəm ki, həmişə şərəf və ləyaqət meydanlarında hazır olun!
Ey mənim səsimi eşidən şərəfli insanlar! Bu gün sizi bir kəs səsləyir ki, O (s), İmam Hüseynin (ə) cəddidir. Onun kəramət və şərəfi təhqir olunubdur. O (s), tarixin ən böyük əxlaq nümunəsidir. Öz Peyğəmbərinizin (s) səsinə səs verin və "Ləbbeyk ya Rəsuləllah" deyin. Bu gün dünya gərək ancaq sizə tamaşa etsin!
1100003