Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xamənei Həcc və Ziyarət təşkilatının işçiləri ilə görüşündə İslamın əziz Peyğəmbərinə (s) qarşı edilmiş təhqirlərə və O həzrətin şəxsiyyətinin böyüklüyünün dost və düşmən gözündə təcəllisinə işarə edərək dedi: "Həzrət Peyğəmbər (s) ətrafında vəhdət və O həzrətin düşmənlərinə nifrət Həcc mərasmində də cilvələnsin".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xaməneinin dəftərxanasının mətbuat bürosuna istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xamənei bu gün sentyabr ayının Həcc və Ziyarət təşkilatının işçiləri ilə görüşündə İslamın əziz Peyğəmbərinə (s) qarşı edilmiş təhqirlərə və O həzrətin şəxsiyyətinin böyüklüyünün dost və düşmən gözündə təcəllisinə işarə edərək bu ilin Həcc mövsümünün xüsusi mövqeyə malik və əvvəlki illərdən fəqli olduğunu önə çəkərək dedi: "Həzrət Peyğəmbər (s) ətrafında vəhdət və O həzrətin düşmənlərə nifrət Həcc mərasmində də cilvələnsin və həqiqi mənada müşriklərdən bərat edilsin... Hegomon dövlətlərin Peyğəmbərimizin nurlu şəxsiyyətini təhqir etməsi onların düşmənçiliyinin dərinliyini göstərir. Qərb siyasətçiləri aşkarcasına İslam və Peyğəmbərlə (s) düşmənçilik mövqeyi tutmuşdur. Mənfur film məsələsi bunu sübut etdi... Müsəlmanların bu düşmənçilik qarşısındakı birgə mövqeyi və dünya müsəlmanlarının dalğalanması bu hadisənin çox mühüm hissəsidir... Peyğəmbərin (s) vücudu bütün müsəlmanların birləşdiyi nöqtədir. Buna görə də bu ilki Həcc mərasimində bu məsələ bir az da aşkar şəkildə cilvələnməli və müşriklərdən bəraət (nifrət) edilməlidir... Müsəlmanlar Tövhid, İslam və Quran ətrafında birləşməli və Həcci Peyğəmbərə (s) eşq və ehtiram meydanına çevirməlidirlər... İslam ümməti düşmənin fitnələri qarşısında oyaq olmalıdır. Düşmən bilməlidir ki, müsəlmanlar öz aralarında firir ayrılıqları olsa da düşmən qarşısında birdirlər... Biz icazə verməməliyik ki, düşmən aramıza ixtilaf salaraq özünü İslam ümmətinin qəzəb və nifrətindən xilas etsin...".
Görüşdə Höccətul-İslam vəl-müslimin Qazi Əsgər – Ali Dini Liderin Həcc işlərində nümayəndəsi, Hüseyni – İslam İrşad Mədəniyyət Naziri və Höccətul-İslam Musəvi – Həcc və Ziyarət təşkilatının rəisi, Həcc işləri barəsində və bu ilki Həcc mərasiminə hazırlıq haqqında məruzə etdilər.
Bu il İİR-dən Həcc mərasiminə 75 min zəvvar 449 karvandan ibarət olaraq yola düşəcəklər.
1105960