IQNA

İngiltərədə İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının beynəlxalq toplantısı keçiriləcəkdir

22:13 - September 26, 2012
Xəbər sayı: 2420747
Siyasi qrup: İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının 6-cı beynəlxalq toplantısı "İctimai sülhün reallaşmasında "Təqrib"in (məzhəblərin yaxınlaşdırılması) mədəni rolu" adı altında sentyabr ayının 29-da İngiltərənin İslami Mərkəzinin təşəbbüsü ilə Londonda keçirilcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının Ümumi Əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə bu toplantı sentyabr ayının 29-da – Ayətullah Ərakinin - İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının baş katibi, iştirakı ilə İngiltərənin İslami Mərkəzində Londonda keçirilcəkdir.
"İslam Ümməti baxımından ictimai sülhün dəyəri", "İctimai sülhün əsasları və ictimaiyyətdə təsiri", "Müsəlman azlıqları və onların etiqadi, siyasi və ictimai problemləri", "İctimai sülh və onun müsəlmanların fikri təhlükəsizlikləri ilə əlaqəsi", "Təqrib Təşkilatının İslam ümmətinə olunan əqidəvi, mədəni və fikri hücumlar və şübhələr qarşısında gərəkliliyi", "Alim və mütəfəkkirlərin ictimai sülhün reallaşmasında rolu" və "Qadınların ailə və ictimaiyyətin sağlamlığında təsiri" kimi məsələlər bu toplantıda müzakirə ediləcəkdir.
Qeyd edək ki, İngiltərənin İslami Mərkəzi 17 il bundan öncə (1995) Ayətullah Möhsin Ərakinin – Ali Dini Liderin o zaman İngiltərdəki nümayəndəsi, nəzarəti altında təsis edilmişdir. Bu mərkəz Peyğəmbərin (s) məbəsi zamanı İranın və başqa ölkələrin ictimai və mədəni şəxsiyyətlərinin iştirakı ilə 1995-ci ildən rəsmi şəkildə xeyriyyə müəssisəsi kimi fəaliyyətə başlamışdır. Hal-hazırda Höccətul-İslam Muizzi bu təşkilatın rəisidir.
1106743
captcha