İctimai qrup: Məhəmməd Əroğlu – Türkiyəli yazıçı və İslami tədqiqatçı, Əziz İslam Peyğəmbərini (s) təhqir edən filmi məhkum etmək üçün keçirilən toplantıda dedi: Zülmkar dövlətlər öz güclərinə söykənərək müsəlmanlara zülm və onların müqəddəslərini təhqir edirlər. Onların bu nalayiq rəftarı bu gün müsəlmanların oyanışına səbəb olubdur.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Məhəmməd Əroğlu – Türkiyəli yazıçı və İslami tədqiqatçı, Əziz İslam Peyğəmbərini (s) təhqir edən filmi məhkum etmək üçün cümə günü sentyabr ayının 29-da Diyarbəkr Şəhər Hizmət İslami Birliyi tərəfindən keçirilən toplantıda dedi: İslam dünyasına və müsəlmanların müqəddəslərinə qarşı edilən zorakılıqlar və təhqirlər çox davam edə bilməyəcəkdir. Çünki onların (hegomonların) şərəfsiz davranışları müsəlmanların daha da oyanmasına səbəb olmuşdur.
Müsəlmanlar Amerika və sionistlər kimi düşmənlərə icazə verməməlidirlər ki, İslam müqəddəslərini təhqir etsinlər. Müsəlmanların onların zorakılığı qarşısında birləşməlidirlər.
Biz beynəlxalq ictimaiyyətdən məlum təhqiredici filmin müəlliflərinin və sifarişçilərinin cəzalandırlmasını istəyirik.
1109545