IQNA

Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xaməneinin Ərəfə günü münasibətilə hacılara müraciəti

23:22 - October 25, 2012
Xəbər sayı: 2437763
Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xamənei Ərəfə günü münasibətilə hacılara etdikləri müraciətdə bildirib: "Düşmən islam və islam şüarlarının məhv edilməsində ümidsizliklə üzləşdikdən sonra islam məzhəbləri arasında fitnə yaratmağa üz tutub və şiəfobiya və sünnifobiya məkrli planı ilə islam ümmətinin birliyinə maneçilik yaradır".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xaməneinin dəftərxanasının saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Böyük Rəhbəri Ərəfə günü münasibətilə etdikləri müraciətdə bildirib: "Düşmən islam və islam şüarlarının məhv edilməsində ümidsizliklə üzləşdikdən sonra islam məzhəbləri arasında fitnə yaratmağa üz tutub və şiəfobiya və sünnifobiya məkrli planı ilə islam ümmətinin birliyinə maneçilik yaradır".
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Ərəfə günü münasibətilə bir müraciətdə buyurub: "Düşmənlər regiondakı öz amillərinin köməyi ilə Suriyada böhran yaradırlar ki, xalqların diqqətini öz ölkələrinin önəmli məsələləri və onları gözləyən təhlükələrdən yayındırsınlar və özləri qəsdən yaratdıqları qanlı macəralara istiqamətləndirsinlər".
Böyük Rəhbər həmçinin, ABŞ, sionizm və onlardan asılı rejimlər tərəfindən Suriyada başladılmış daxili müharibəni və müsəlman gənclərin bir-birinin əli ilə qırğın edilməsini cinayət adlandırıb.
İslam İnqilabının Böyük Rəhbəri bildirib: "Suriya məsələsi qəsbkar sionistlərin qarşısında 30 il müqavimət göstərən, Fələstin və Livanda müqavimət qruplarını dəstəkləyən hökumətdən intiqam almaq məsələsidir".
Həzrət Ayətullahül-üzma Xamenei Suriyada istənilən xarici müdaxilə və təhrik edici hərəkətlə müxalif olduqlarını bildirərək əlavə edib: "Bu ölkədəki istənilən islahat xalqın özü tərəfindən və tamamilə milli üsullarla həyata keçirilməlidir. Beynəlxalq müstəmləkəçilər asılı regional hökumətlərin köməyi ilə bir ölkədə bəhanə ilə böhran yaradır və sonra öz yaratdıqları böhrandan istifadə edərək həmin ölkədə hər bir cinayəti törətməyi düzgün hesab edirlər. Bu, əgər region dövlətləri onu araşdırmazlarsa, imperializmin bu məkrinin onlara da növbəsinin çatacağını ciddi təhlükədir".
Dünya Müsəlmanlarının Vəliyyi Əmri Həcc mövsümünü islam dünyasının önəmli hadisələrində əsas və əhəmiyyətli fürsət adlandırıb və buyurub: "Region inqilablarının taleyi və inqilabçıların yayındırılması üçün bu inqilablardan yara almış qüdrətlər tərəfindən göstərilən səylər bu hadisələrin siyahısındadır.
“Müsəlmanlar arasında ixtilaf yaratmaq üçün xəyanətkar planlar, Fələstin məsələsi, mübarizləri təcrid etmək və Fələstin cihadını söndürmək üçün səylər, qərb dövlətlərinin islamofobiya təbliğatı və onların islam peyğəmbəri Həzrət Məhəmməd (s) haqda hörmətsizlik edənləri himayə etmələri, daxili müharibələrə zəmin yaratmaq, bəzi müsəlman ölkələrini parçalamaq və bu qəbildən olan digər önəmli və əsaslı məsələlər, Həcc fürsətində və siz hacıların həmrəylik sayəsində düşünüləcək və həll olunacaq önəmli məsələlərdəndir".
1126116
captcha