IQNA

Miyanmar müsəlmanları ilə həmrəylik üçün noyabr ayının 8-də beynəlxalq etiraz aksiyaları keçirilsin

10:39 - November 06, 2012
Xəbər sayı: 2443510
Beynəlxalq qrup: Avropa, Asiya ölkələrində və Miyanmarda yerləşən 11 beynəlxalq İslam Təşkilatı Miyanmar müsəlmanları ilə həmrəylik üçün noyabr ayının 8-də beynəlxalq etiraz aksiyaları keçirilməsini tələb etdilər.
İQNA-nın "Muslim Village" saytına istinadən verdiyi xəbərə görə bu İslami Təşkilatlar ümumi dəvət yayaraq müsəlmanlardan istədilər ki, Miyanmarın Raxina əyalətində kobudluq və zorakılıqa məruz qalmış müsəlmanları ilə həmrəylik bildirmək və onları himayə etçək üçün noyabr ayının 8-də beynəlxalq etiraz aksiyaları keçirilsin.
Bu beynəlxalq aksiyanı tələb edən təşkilatlardan aşağıdakıları göstərmək olar: ARNO – Raxinanın Arakanda yerləşən milli təşkilatı, RKDB – Bermədə demokratiya naminə Raxina birliyi, BRCA – Raxina müsəlmanlarının Avstraliyada cəmiyyəti.
Bu təşkilatlar dünya müsəlmanlarından təbəl edirlər ki, ölkələrində yerləşən Miyanmar səfirliklərinin önündə aksiya keçirsinlər.
Qeyd edək ki, müxtəlif ölkə və təşkilat başçılarının müsəlmanların Miyanmardakı acınaqcaqlı vəziyyəti barədə bu ölkə rəhbərliyinə xəbərdarlı edilməsinə baxmayaraq Miyanmar dövləti müsəlmanları himayə etmək fikirində deyil.
1132269
captcha