IQNA

"Əllamə Təbatəbai adına Quran evi" nin açılışı oldu

10:45 - November 16, 2012
Xəbər sayı: 2449038
Quran üzrə fəaliyyətlər qrupu: Dünən sübh (15 oktyabr) Böyük Təqlid Mərcəi Müctəhidləri Cəvadi Amuli, Məkarim Şirazi, Cəfər Sübhani və İran Milli Məclisinin Sədri Əli Laricaninin iştirakı ilə Müqəddəs Qum şəhərində "Əllamə Təbatəbai adına Quran evi" nin açılış mərasimi keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Qum şöbəsinin verdiyi xəbərə görə bu mərasimdə Böyük Təqlid Mərcəi Müctəhidləri Cəvadi Amuli, Məkarim Şirazi, Cəfər Sübhani, İran Milli Məclisinin Sədri Əli Laricani, Ayətullah Rəsuli Məhəllətai – tədqiqatçı, yazıçı və Ali Dini Liderin nümayəndəsi, Ayətullahlar Ustadi, Əmini, Hüseyni Buşəhri, Müqtədayi, İttilat qəzetinin məsul müdiri Höccətul-İslam Duayi, Qum İrşad Təşkilatının rəisi və Qum şəhərinin müxtəlif rəsmiləri, tanınmış şəxsiyyətləri və Əllamə sevərlər iştirak etdilər.
Mərasimdə İran Milli Məclisinin Sədri Əli Laricani Əllamənin təfsir üslubunun ağla önəm vediyi və Quran qaydışla olduğu haqqında çıxış etdi.
Ayətullah Məkarim, Ayətullah Cəvadi Amuli və Cəfər Sübhani çıxışlarında Əllaməni Dini Elmi Hövzədə Quran təfsirini elmi bir iş kimi yayan və tanıtdıran ilk şəxs və onun canlı Quran ensiklopediyası olduğunu dedilər.
İndiki Quran evi mərhum Əllamə Təbatəbainin evində təşkil olunub. Əllamənin evi 850 kvm-dir və Əllamənin öz şəxsi planı əsasında inşa edilmişdir. Buna görə də yeni Quran Evi yaradılarkən binanın əsas tikilişi təmir edilərək saxlanılmışdır.
Qeyd edək ki, bu ev Əllamənin varisi sayılan Məhəmməd Ənsaridən – (Darul-Quran təşkilatının rəisi) Ayətullah Məkarim Şirazi tərəfindən satın alınmış və "Əllamə Təbatəbai adına Quran Evi" kimi istifadəyə verilmişdir.
Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai 1321-ci hicri-qəməri ilinin Zilhəccə ayının axırlarında Təbrizin Şahabad kəndində anadan olmuşdur. O, 81 il bərəkətli ömr yolu keçdikdən sonra 1402-ci hicri-qəməri ilinin Məhərrəm ayının 18-də fani dünyaya əlvida demişdir.
Onun ən məşhir və qiymətli əsəri "Əl-Mizan" təfsiridir.

1138017
captcha