IQNA

Pakistanlı qadın və uşaqlar şiələrin qətliamı əleyhinə aksiya keçirdilər

23:23 - December 10, 2012
Xəbər sayı: 2461546
Beynəlxalq qrup: Dünən (8 dekabr) Pakistanlı qadın və uşaqlar şiələrin qətliamına qarşı aksiya keçirərək terroristlər və onların himayədarlarının əleyhinə "şiələrin qətliamını dayandırın və terroristləri cəzalndırın" kimi şüarlar səsləndiriblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "The News" qəzetinə istinadən verdiyi xəbərə görə dünən (8 dekabr) Pakistanlı qadın və uşaqlar şiələrin qətliamına qarşı aksiya keçirərək terroristlər və onların himayədarlarının əleyhinə "şiələrin qətliamını dayandırın / terroristləri cəzalndırın / anti-şiə terroriziminin qarşısında sükut cinayətdir" kimi şüarlar səsləndiriblər.
Zəhra Nəcəfi – Kəraçidə Müsəlmanların Vəhdət Məclisinin Baş Katibi, Pakistanda müsəlman və şiə qadınların qətliamını məhkum edib.
O deyib: Bu qətliamlar göstərir ki, böyük terrorist qruplaşmalara bağlı olan "təkfiri"lər Pakistanın hər yerində şiə qadınlarını terror edirlər. Beynəlxalq Təşkilatlar isə buna göz yumurlar. Bu cinayətlərin səbəbkarları öz əməllərinin cəzasını çəkməlidirlər.

1150640
captcha