İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm TV kanalının saytına istinadən verdiyi xəbərə görə Riza Əl-Müşfiqi - Səudiyyə Ərəbistanının "Əl-Əmru bil-məruf vən-nəhyu ənil-munkər" şurasının (Dini Polis) rəsmi sözçüsü, bəyaniyyə yayaraq dedi: Bu şuranın üzvləri Cof şəhərində Həzrət İsa Məsihin Milad bayramının keçirildiyi asiyalı bir nəfərin evinə hücum edərək 41 nəfər bayram iştirakçılarını həbs ediblər. Onların arasında bir misirli və bir ərəbistanlı da olmuşdur. Bu bir halda baş verir ki, Ərəbistanın baş müftisi Əbdüləziz bin Əbdullah Al-Şeyx milad və nikah mərasimlərinin bayram kimi keçirilməsini qadağan etmişdir.
Ərəbistanən elmi heyətinin üzvi Şeyx Məhəmməd əl-Useymin milad və basqa qeyri-islami bayramların təbrik deyilməsini qadağan etmişdir.
1161833