İQNA-nın (İran Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin informasiya bürosuna istinadən verdiyi xəbərə görə Əli Əkbər Salehi - İran İslam Respublikasının Xarici İşlər Naziri, bu ismarıcda Pakistanın Küveytə şəhərində terrorist hücumuna məruz qalaraq şəhid edilən 30-dan çox İmam Rza (ə) zəvvarının şəhadəti münasibəti ilə Pakistan dövlət və millətinə və şəhidlərin yaxınlarına baş sağlığı vermiş və yaralılar üçün Allahdan şəfa və sağlamlıq diləmişdir.
Xatırladırıq ki, İmam Rza (ə) zəvvarlarını daşıyan 3 avtobusa terrorist hücumu Pakistanın Bəluçistan əyalətinin Küveytə şəhərində baş vermiş və bu terrorist hücumunda bir avtobus partlamış və 30-dan çox zəvvar şəhid edilmişdir.
Bu bir halda baş verir ki, Pakistanlı şiə zairlər bu yolda həmişə ifratçı firqələr tərəfindən terror hücumlarına məruz qalır və şəhid edilirlər.
1163712