Beynəlxalq qrup: Nəcəf əl-Əşrəf şəhərinin Cümə İmamı dünən 2013-cü ilin yanvar ayının 4-də ilin ilk Cümə namazında vurğuladı: "İslam Ümməti arasındakı sünni-şiə davasını əcnəbilər və yadellilər idarə edir və çalışırlar köhnə hakim və padşahları hakimiyyətə və iş üstünə qaytarsınlar ki, bu savaşı alovlandırmaq üçün onları alət etsinlər".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Burasa" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Höccətul-İslam vəl-Müslimin Seyid Sədrüddin Qəbançi - Nəcəf əl-Əşrəf şəhərinin Cümə İmamı, bu müqəddəs şəhərin "Fatimiyyə" Hüseyniyyəsində irad edtiyi Cümə Namazı xütbəsində dedi: Dünyanın bu gün İslama sarı yönəldiyinin şahidiyik. Bu yönəlmənin və dəyişikliyin əsas oxu Orta Şərq və bu regionda yaşayan millətlərin iradəsidir.
Höccətul-İslam vəl-Müslimin Seyid Sədrüddin Qəbançi - Nəcəf əl-Əşrəf şəhərinin Cümə İmamı, çıxışının davamında dedi: Qərblilər dünyanın İslama sarı yönəlməsinin qarşısını almaq istəyir. Onlar çalışırlar ki, dünyadkı dəyişiklik və hərəkətın istiqamətini öz maraqları səmtinə əymək üçün bu hərəkətin idarəsini öz əllərinə alsınlar. Bunun üçün isə firqə və məzhəb çəkişmələrini alovlandırırlar.
Nəcəf əl-Əşrəf şəhərinin Cümə İmamı vurğuladı: "İslam Ümməti arasındakı sünni-şiə davasını əcnəbilər və yadellilər idarə edir və çalışırlar köhnə hakim və padşahları hakimiyyətə və iş üstünə qaytarsınlar ki, bu savaşı alovlandırmaq üçün onları alət etsinlər".
O, sonda İraqın vəziyyətinə işarə edərək bu baxımdan dövlətin üzrəində böyük və tarixi bir məsuliyyət olduğunu dedi.
1166239