IQNA

Lahurda "Həzrət Məhəmməd (s)" xəttatlıq sərgisi və seminarı təşkil edildi

23:49 - January 20, 2013
Xəbər sayı: 2483435
Beynəlxalq qrup: Vəhdət həftəsində Lahurun "Əl-Humra" Mədəniyyət və İncəsənət evində "Həzrət Məhəmməd" adlı milli xəttatlıq sərgisi və seminar təşkil edilmişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslam Əlaqələri və Mədəniyyət Təbliğatı Təşkilatı şöbəsinin verdiyi xəbərə görə Qəzali Təlim Evi və İİR-in Mədəniyyət Evinin həmkarlığı ilə Vəhdət həftəsində Lahurun "Əl-Humra" Mədəniyyət və İncəsənət evində "Həzrət Məhəmməd" adlı milli xəttatlıq sərgisi və seminar təşkil etmişdir.
Bu sərginin açılışında Pərviz İlahi – Pakistanın Baş Nazirinin müavini, Abbas Famuri - İİR-in Lahurdakı Mədəniyyət Evinin işçisi, Qazi Hüseyn Əhməd – Pakistanın İslam Camaatı partiyasının keçmiş rəisi, Əmcəd İslam Əmcəd – pakistnalı şair və başqa elm və mədəniyyət adamları iştirak etmişlər.
Sərgidə 200 əsərdən çox Pakistan incəsənətçilərindən və İRR sənət adamlarının bir sıra xəttatlıq nümunələri nümayiş etdirilmişdir.

1174333
captcha