İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İftixari Müxbirlər Qrupunun jurnalisti Hamid Siddiqinin verdiyi xəbərə görə Məhmud Əlayi -Germi şəhərinin İcra Hakimi, İmam Xomeyni (r.ə) İmdad Komitəsinin müdiri və qəsəbə və kənd bələdiyyə rəisləri ilə görüşündə Germi şəhərinin və kəndlərin abadlaşdırılması üçün şəhər büdcəsinə 1 milyard və 215 milyon riyal Zəkar hədiyyə olunduğunu xəbər verib.
O deyib: Bu büdcənin 60% Germinin 66 kəndində abadlaşdırma və rifah layihələrinin icrası üçün nəzərdə tutulub.
Büdcə Qəsəbə və Kənd Bələdiyyə başçılarının, Zəkat məmurlarının və İmdad Komitəsinin nəzarəti altında xərclənəcəkdir.
Büdcənin 40% cari ildə bu şəhərinin fəqir və kasıbları arasında paylanacaqdır. Germi şəhəri 2012-ci ildə 13 milyard və 680 milyon zəkat verərək Ərdəbil əyaləti üzrə birinci olmuşdur.
1207878