İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "The News" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Pakistan şiələri bu ölkənin bütün şəhərlərində iyul ayının 21-dən mütəmadi olaraq Həzrət Zeynəbin (ə) ziyarətgahına edilən hücum əleyhinə etiraz aksiyaları keçirir və bu hücumu kəskin şəkildə məhkum edirlər.
İslamabad, Kəraçi, Pişavər, Tondu, Multan və Cehlum şəhərlərinin böyük xiyabanları Həzrət Zeynəbin (ə) Dəməşdəki ziyarətgahına hücumun əleyhinə aksiya keçiriən etirzçılar ilə doludur.
Onlar bu müqəddəs məkana əl qumbaraatanları ilə hücum etmiş şəxslərin tutulmasını və cəzalandırılmasını tələb edirlər.
Aksiyaçılar Pakistan dövlətinin də bu məsələyə görə BMT-yə etiraz etməsini tələb edirlər.
Əltaf Hüseyn – Pakistanın Tayfalar Birliyi Hərəkatının rəhbəri və Merac Əlhadi Siddiqi – Pakistanın İslam Camaatı Birliyinin rəhbəri, bu terror hərkətini pisləməyi bütün müsəlmanlara vacib bilərək, bunu İslam əleyhinə hiylə adlnadırdılar.
Qeyd edək ki, keçən Cümə günü terroristlər Həzrət Zeynəbin (ə) müqəddəs ziyarətgahına əl qumbaraatanları ilə hücum etmiş və bunun nəticəsində Ənəs Rumani – Ziyarətgahın müdiri, şəhid olmuşdu.
1262013