IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Hicab.org_ə istinadən verdiyi xəbərə görə, artıq Həzrəti Əbəlfəzl Abbasın (ə) mübarək zərihi üzərində son tamamlanma işləri aparılır.14 hissədən ibarət zərihin tərkibində 2% xalis qızıl vardır. Eyni zamanda 999 əyarlı xalis gümüşdən hazırlanan zərihin hər bir üzü 238 tam və 36 yarım kürədən ibarətdir. Bu zərih İraqda hazırlanan və İraq ustaları tərəfindən işlənən ilk zərihdir.
Qeyd edək ki, Həzrəti Əbəlfəzl Abbasın (ə) ilk zərihi 1964-cü ildə Ayətullahul-üzma Seyyid Möhsin Əl-Həkimin göstərişi ilə hazırlanıb.