
İQNA-nın ( Beynəlxalq Quran Xəbər Agentiliyi) maide.az-a istinadən verdiyi məlumta görə, Pakistan baş naziri Navaz Şərif, mәsuliyyәtini Bəluç Qurtuluş Ordusunun üzәrinә götürdüyü hücumu şiddətlə qınayıb və həyatını itirən işçilərin ailələrinə başsağlığı verib.
Dünən, Turbat bölgəsində su anbarı inşaatında çalışan fәhlәlirin qaldıqları binaya hücum edәn silahlı bir qrup, 20 işçini öldürüb.
Belucistanda; separatçı Beluç qruplar, Pakistan Talibanı, narkotik şəbəkələr və hökumət tәrәfdaşı silahlı qruplar tərəfindən hәyata keçirilәn terror hücumlarında minlərlə adam həyatını itirib.
Beluç separatçı qruplar, müstəqil Bəlucistan dövləti uğrunda mübarizә edirlәr.